Futbol üzrə Azərbaycan I Liqasında III tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Karvan-Yevlax" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 6-ya yüksəldən "Karvan-Yevlax" turnir cədvəlinin I pilləsində qqərarlaşıb. 4 xalı olan "Zaqatala" isə 5-ci yerdədir.
"Karvan-Yevlax" - "Zaqatala" 3:0
Qollar: İ.Əliyev, 14, 22, E.Mustafayev, 45+3
