"Zirə"nin legioneri zədələndi - 6-7 həftə oynamayacaq

14:56 - 16 Sentyabr 2026

“Zirə”nin yarımmüdafiəçisi Vieyrinya ciddi zədə alıb. 

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 5-ci turunun "Qarabağ"la (1:1) oyununun 27-ci dəqiqəsində sıradan çıxıb.

Buna görə də o, əvəzlənib.

Veyrinya təxminən 6-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

O, bu yay komandaya transfer olub.
 

Xəbər xətti