“Akron”un qolkiperi Vitali Qudiyev payız təlim-məşq toplanışı üçün Rusiya millisinin genişləndirilmiş heyətinə daxil edilməməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, Qudiyev millidən dəvət gəlməməsinə rəğmən işinə davam edəcəyini söyləyib:
"Mən sadəcə öz işimi görürəm. Əgər bacarsam, deməli, buna layiqəm. Hələ Kafanovla danışmamışam. Əgər mənə ehtiyac varsa, hazıram. Komandaya düşmədiyim üçün kədərlənməyə və ya üzülməyə vaxtım yoxdur".
Sentyabrın 21-də başlayacaq genişləndirilmiş heyətə ümumilikdə 38 oyunçu daxil edilib, Qudiyev onların arasında yer almayıb. Rusiya millisi İranla(29 sentyabr), Namibiya(3 oktyabr) və Nigeriya( 6oktyabr) ilə qarşılaşacaq.
Əlavə edək ki, Vitali Qudiyevin atası Kazimir Qudiyev Azərbaycan millisinin keçmiş qapıçısıdır. AFFA da Vitalini milli komandaya cəlb etməyi planlaşdırırdı.
saytlarin hazirlanmasi
