"Barselona"nın baş məşqçisi Hans Flik "Rasinq"də çıxış edən Yassir Zabirinin transfer edilməsinin əleyhinə çıxıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis 21 yaşlı hücumçuda Kataloniya klubunun heyətində uğurlu çıxış etmək üçün lazım olan keyfiyyətləri görmür. Bu barədə "Kicker" nəşri məlumat yayıb.
Buna baxmayaraq, Zabiri mövsümə parlaq start verməsi sayəsində bir sıra klubların diqqətini çəkib. Mərakeşli futbolçu 5 matçda 5 qol vurub. Bu da "Betis", "Vilyarreal" və "Real Sosyedad"ın marağına səbəb olub.
Qeyd edək ki, "Rasinq" Yassir Zabirini mövsümün əvvəlində "Renn"dən icarəyə götürüb.
saytlarin hazirlanmasi
