"Kəpəz" 5000 maanat cərimələndi

13:15 - 15 Sentyabr 2026

AFFA İntizam Komitəsi "Kəpəz"i 5000 manat məbləğində cərimələyib.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Gəncə təmsilçisinin azarkeşləri Misli Premyer Liqasında V turun “Qəbələ” oyununda pirotexniki vasitədən istifadə edib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti