"Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan (2:2) sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, İsmayılov jurnalistlərin suallarını cavablandırıb.
"Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və fərdi səhvlərdən qollar buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən sonra qollar gördük. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq".
- "Turan Tovuz"un qapısına təyin edilən penalti epizodu haqda nə düşünürsünüz?
- Təkrara baxdıq. Qapıçı tərəfindən toxunuş var idi. Penalti idi. Epizoda baxan kimi dərhal görünür ki, penalti var. Baş hakim özü gedib baxdı, epizodu uzun müddət izlədı. Amma ədalətli qərar penalti təyin olunması idi.
- Beş turdan sonra iki xal sizi nə dərəcədə razı salır? Gözlənilən idi?
- Təqvim bizim üçün ağır idi. Amma biz hər oyuna qələbə üçün çıxırdıq. Ötən turda "Qarabağ"a qarşı yaxşı oynadıq, bu mövsüm ilk qollarımızı vurduq. Bu, komandaya stimul oldu, futbolçuları həvəsləndirdi. Gələcək oyunlarda daha da artım olacaq.
- Komandada mərkəz müdafiəçisi problemi olduğunu düşünürsünüz?
- Çalışırıq ki, cinah müdafiəçilərimizi mərkəz müdafiəçisi kimi oynadaq. Problemlər var. Amma çalışırıq ki, cinah oyunçularının köməyi ilə bu problemi həll edək. Öz səhvlərimizdən qollar buraxırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi
