Tanınmış futbolçu ölkəsinə qayıtdı

14:10 - 11 Sentyabr 2026

Xames Rodriqesin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

35 yaşlı futbolçu "Atletiko Nasyonal"la anlaşşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Real", "Bavariya", "Portu", "Monako" kimi klublarda oynamış Xames Rodriqes son olaraq ABŞ-də "Minnesota"nın formasını geyinib.

Xəbər xətti