Mixail Mudrik zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, “Çelsi”dən icarə əsasında “Tottenhem”də çıxış edən Ukrayna millisinin vingeri 6-8 həftə ərzində komandaya kömək edə bilməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mudrik ötən şənbə 2024-cü ildən bəri ilk dəfə rəsmi matçda meydana çıxıb. O, APL-in 3-cü turunda “Tottenhem”in “Nottingem Forest”lə qarşılaşmasının (0:0) 74-cü dəqiqəsində əvəzlənərək oyuna daxil olub.
saytlarin hazirlanmasi
