Yığmamızın forvardı "Palermo"ya qarşı oynadı

11:17 - 8 Sentyabr 2026

İtaliya B seriyasında 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığma komandasının hücumçusu Lorenzo Mezzoteronun formasını geyindiyi “Sampdoriya” səfərdə “Palermo” ilə qarşılaşıb.

Mezzoteronun komandası bu görüşdə 3:1 uduzub.

Yığmamızın forvardı meydana 83-cü dəqiqədə buraxılıb. Üç turdan sonra “Sampdoriya” bir xalla turnir cədvəlində 18-ci pillədədir.

Xəbər xətti