Türkiyə Superliqasının qalibi olmuş yunan Azərbaycana niyə gəlmədi? - tanınmış klubla anlaşdı

12:47 - 6 Sentyabr 2026

Yunanıstan milli komandasında çıxış etmiş Anastasios Bakasetas bu mövsümü Azərbaycan Premyer Liqasında keçirə bilərmiş.

Sportal.az saytına verilən məlumata görə, 33 yaşlı futbolçuya Azərbaycan klubunda oynamaq təklifi edilib. O da meneceri vasitəsi ilə razılığını verib.

Lakin adı açıqlanmayan klubun maaş təklifi Bakasetası razı salmayıb. Bu səbəbdən onun Premyer Liqamıza gəlməsi baş tutmayıb.

APOEL isə yunanın istədiyi maaşı verdiyindən keçid reallaşıb. Nikosiya təmsilçisi artıq dünən bu transferi rəsmən açıqlayıb.

“Asteras”, “Aris”, “Panionios”, AEK, “Alanyaspor”, “Trabzonspor”, “Panatinaikos” klublarında oynamış Anastasios 2021/2022 mövsümündə Superliqanın qalibi olub.

Xəbər xətti