"Qalatasaray"ın yeni transferi Rafael Leao kluba transferindən danışıb.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, portuqaliyalı “Qalatasaray”dakı hədəflərindən bəhs edib:
“Mən həmişə "Qalatasaray" haqqında məlumatlı olmuşam. Bu, böyük klubdur. Bu klubda böyük əfsanələr – Didye Droqba, Georgi Haci, Vesli Sneyder kimi böyük oyunçular oynayıb. Bundan əlavə, bu klub digər liqaların böyük komandalarını və Çempionlar Liqasının ən güclü klublarını məğlub etmək üçün qurulub. Bilirəm ki, klub həmişə ən yüksək səviyyədə olmağı istəyir”.
27 yaşlı futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
