Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Kosovo çempionatının 4-cü turu çərçivəsində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, İsgəndərlinin formasını geyindiyi “Malışeva” “Qilyani”ni qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Qarşılaşmaya start heyətində başlayan İsgəndərli 3 qola imza atıb.
Qeyd edək ki, bu, Vüsalın yeni komandasında ilk qolları olub.
saytlarin hazirlanmasi
