"Real"ın sabiq futbolçusu David Alaba İtaliyaya yollanmağa hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi “Latsio”nun maraq dairəsindədir. Artıq tərəflər arasında ilkin razılıq olduğu bildirilir.
Avstriyalı futbolçu özü də paytaxt klubunda oynamağa razıdır.
O, “Bavariya”, “Hoffenhaym, “Real”da çıxış edib. “Latsio”dan savayı Alabaya “İnter Mayami”, “Əl-Sədd” klublarından təklif gəlib.
