Rumıniya çempionatında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” “Korvinul”la qarşılaşıb.
Cəlalın komandası rəqibini 2:0 məğlub edib. Millimizin müdafiəçisi meydana 54-cü dəqiqədə daxil olub.
Hazırda “Petrolul”un aktivində 15 xal var və onlar ikinci pillədədir.
