"FIFA dünyada hər kəsə futbolda iştirak etmək şansı vermək üçün çalışır" - İnfantino

22:59 - 7 Sentyabr 2026

FIFA prezidenti Canni İnfantino dünya çempionatındakı payın satılması təklifindən imtina etdiyinə görə peşman olub-olmadığı ilə bağlı suala cavab verməyib.

Sportal.az xəbər verir ki, daha əvvəl FIFA tənqidlər səbəbindən Çempionatın kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan "FIFA Forward Enterprise" (FFE) layihəsindən imtina etmişdi.

Qadınlar arasında U-20 dünya çempionatının Katovitsedə keçirilən açılış oyununda iştirak edən İnfantinoya bu məsələ ilə bağlı sual verilib.

“Bilirsiniz, hələ çox şey deməliyik, amma bunun üçün uyğun yer və vaxt olacaq. Bu gün yox, burada yox. Amma bu gün biz futboldan zövq alırıq.

FIFA-da biz dünyanın hər bir guşəsində yaşayan insanlara şans və imkan vermək, onların ləyaqət qazanmasına, daha yaxşı olmaları üçün yollar və vasitələr tapmasına, futbolda iştirak etməsinə və onu layiqincə qeyd etməsinə şərait yaratmaq üçün çalışmağa davam edirik”, – İnfantino tədbir çərçivəsində deyib.

Xəbər xətti