Nigeriyalı forvard "Neftçi" üçün Bakıya gəldi

19:48 - 6 Sentyabr 2026

Finlandiyanın "Qnisat" klubunun hücumçusu Adeleke Akinyemi Bakıya gəlib.

Sportal.az saytına verilən məlumata görə, nigeriyalı hücumçunu paytaxtımıza "Neftçi" dəvət edib.

"Neftçi" 28 yaşlı forvardla artıq müəyyən müddət idi ki, danışıq aparırdı. Artıq tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və buna görə də Adeleke "Neftçi" üçün Bakıya təşrif buyurub.

Tibbi yoxlanışdan keçəcək nigeriyalı ilə sonra müqavilə imzalanacaq.

Xəbər xətti