Futbol üzrə Azərbaycan II Liqasında II turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Şirvan"ı qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 6-ya yüksəldən "Şirvan" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Qaradağ Lökbatan" isə 6-cı yerdədir.
"Qaradağ Lökbatan" - "Şirvan" 2:3
Qollar: R.Quliyev, 18, İ.Zeynallı, 55 (pen) - İ.İbrahimli, 35, Ç.Məmmədov, 49, E.Məmmədov, 62
