“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının IV turuna təsadüf edib. Valdas Dambrauskasın yetirmələri “Zirə”ni 5 cavabsız qolla üstələyib.
“Sabah” evdə 16-cı, ümumilikdə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib. Bakı klubu ən azı 25 belə qələbəsi olan 11-ci komandadır.
Qeyd edək ki, “Sabah” ilk böyük hesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb - 3:0.
saytlarin hazirlanmasi
