“Qarabağ” onu geri qaytarmayacaq - təklif irəli sürməyiblər

12:22 - 6 Sentyabr 2026

Hazırda klubsuz qalan Əlcəzair millisinin sabiq üzvü Yassin Benzianın "Qarabağ"a geri qayıdacağı iddia edilir.

Sportal.az saytına verilən məlumata görə, "Qarabağ" Benziaya geri qayıtması üçün təklif irəli sürməyib.

Ağdam təmsilçisi sabiq üzvünü geri qaytarmağı planlaşdırmır. Təcrübəli futbolçunun özünə də Azərbaycandan təklif olmadığından, onun yeni komandasının Səudiyyə Ərəbistanı və ya Qətər klubu olacağı gözlənilir. 

Qeyd edək ki, 31 yaşlı futbolçu "Qarabağ"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Fayha" klubu ilə müqavilə imzalamışdı.

Xəbər xətti