"Mançester Yunayted" "Sabah"la matçdan əvvəl xal itirdi - VİDEO

21:18 - 6 Sentyabr 2026

Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 3-cü turun matçına çıxıb.

Sportal.az xəbər verir ki, Mançester təmsilçisi "Everton"un qonağı olub.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. "Mançester Yunayted" "Sabah"la görüşdən öncə xal itirib.

"Mançester Yunayted" üç turdan sonra 4 xalla 11-ci pillədədir. "Everton" isə 5 xalla 8-cidir.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da keçiriləcək və matça Bakı vaxtı ilə 23:00-da start veriləcək.

"Everton" - "Mançester Yunayted" 2:2
Qollar
: George 83, Maytdland Nayls 90+6 -Mbeumo 46, Şeşko 88

Xəbər xətti