"Kəpəz" - "Qəbələ" matçının biletləri satışda

15:59 - 7 Sentyabr 2026

Misli Premyer Liqasının V turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq matç üçün qiymətlər 2 manatdan 20 manata qədərdir.

“Kəpəz” bu arenada cari mövsüm keçirdiyi 2 oyunda 1 qələbə qazanıb, 1 dəfə uduzub. “Turan Tovuz”a qalib gələn “sarı-göylər” “Şamaxı”ya məğlub olub.

Sentyabrın 12-də oynanılacaq “Kəpəz” – “Qəbələ” matçına 17:30-da start veriləcək.

Xəbər xətti