"Qarabağ"dan ayrılan qolkiperin yeni komandası bəlli oldu

13:48 - 7 Sentyabr 2026

"Qarabağ"dan ayrılan Mateuş Koxalskinin karyerasını hansı komandada davam edəcəyi dəqiqləşib.

Sportal.az xəbər verir ki, polyak qolkiper ölkəsində çıxış edəcək.

O, "Vyeçista" ilə müqavilə imzalayacaq.

Krakov təmsilçisi transferə görə ağdamlılara 500 min avro civarında təzminat ödəyəcək.

Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi. Mateuş Ağdam klubunun heyətində 2024-cü ilin yayından bu yana 76 qarşılaşmada iştirak edib.

26 yaşlı qapıçı "Legiya", "Radomiak", "Stal" klublarının qapısını qoruyub.

Xəbər xətti