"Fənərbaxça"nın müdafiəçisi Rodriqo Bekaonun Rusiya çempionatına qayıdışı mümkündür.
Sportal.az xəbər verir ki, daha əvvəl “Rodina”nın 30 yaşlı futbolçunun “Fənərbaxça”dan icarəyə götürülməsi ilə bağlı danışıqlar apardığı bildirilmişdi. Hazırda tərəflər arasında razılaşmanın əldə olunduğu və Bekaonun keçidin son mərhələsi üçün tibbi müayinədən keçməyə yollandığı xəbər verilir.
Rodriqo Bekaо 2023-cü ilin iyulundan “Fənərbaxça”da çıxış edir. Türkiyə klubunda 38 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bekaо 2018/19 mövsümündə icarə əsasında ÇSKA-da çıxış edərək Rusiyada artıq təcrübə qazanıb. Daha sonra “Udineze”yə keçib.
saytlarin hazirlanmasi
