Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” klubu Rusiya Kubokunda növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, kubokun 2-ci mərhələsində səfərdə Sankt-Peterburqun “Dinamo” komandası ilə qarşılaşan "Soçi" 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, matçın ehtiyat oyunçular skamyasında yer alan Şeydayev 80-ci dəqiqədə meydana daxil olub.
saytlarin hazirlanmasi
