"Turan Tovuz" Premyer Liqa klubunun üzvünü transfer etdi - SON DƏQİQƏ

16:59 - 9 Sentyabr 2026

"Turan Tovuz" heyətinə daha bir futbolçu cəlb edib.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, Qərb təmsilçisi "Sumqayıt"ın oyunçusu Aleksa Yankoviçlə anlaşıb.

Futbolçu yalnız Azərbaycanda legioner həyatı yaşayıb.

O, ölkəsinin "Partizan", "Teleoptik", "Vozdovaç" klublarında da çıxış edib.

Aleksa 2025-ci ilin yayında "gənclik şəhəri" təmsilçisinə keçib.

26 yaşlı vinger Serbiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edib.

Xəbər xətti