"Sabah" Mançesterə yola düşdü - FOTOLAR

16:58 - 8 Sentyabr 2026

"Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində səfərdə "Mançester Yunayted"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu bu gün İngiltərəyə yola düşüb. Masazır təmsilçisinin əsas komandası ilə yanaşı UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası da Mançesterə yollanıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" qarşılaşması sentyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. U-19 komandalarının oyunu isə eyni gündə saat 17:00-da başlayacaq.


Xəbər xətti