Ehtiram Quliyev barmaq silkələdi, "oyunçu tapmıram" dedi - akademiya məşqçilərinin maaşları artmayacaq

21:14 - 8 Sentyabr 2026

Yeni mövsüm ərəfəsində "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevlə klubun akademiyasının məşqçiləri arasında görüş keçirilib. Mütəxəssislər klub sahibinin hüzuruna gözləntilərlə gəlsə də, fərqli mənzərəylə qarşılaşıblar. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, Ehtiram Quliyev məşqçiləri tənbeh edib. 3 ildir ki, akademiyaya vəsait ayırdığını, lakin bunun qarşılığını görmədiyini deyib. Görüşdə olanlardan birinin söylədiyinə görə, Ehtiram Quliyev "əsas komandaya futbolçu lazımdır, amma mən oyunçu tapmıram" fikrini səsləndirib. Akademiyada işlərin istədiyi səviyyədə qurulmadığıını çatdırıb məşqçilərə. 

Ehtiram Quliyev nitqinin yekunu olaraq, akademiya məşqçilərinə bu mövsüm maaş artımı olmayacağını bildirib. 

Xəbər xətti