Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə seçim prosesi davam edir.
Sportal.az xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.
Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Qeyd edək ki, toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.
Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək.
Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
|
Ad, Soyad |
Klub |
|
Oqtay Mehrəliyev |
Qarabağ FK |
|
Daniil Bayramari |
Qəbələ İK |
|
Məhəmməd Ağamalıyev |
Qarabağ FK |
|
Abbas Məmmədli |
Qarabağ FK |
|
Asif Allahverdizadə |
Ulduz FA |
|
Emil Quliyev |
Neftçi PFK |
|
Teymur Quliyev |
Ulduz FA |
|
Əkbər Nağıyev |
Neftçi PFK |
|
Kənan Əzimov |
Neftçi PFK |
|
Həsən Məhmədov |
Sabah FK |
|
Murad Zeynallı |
Ulduz FA |
|
Səbran Muradlı |
Qarabağ FK |
|
Müşfiq Zamanov |
Ulduz FA |
|
Xalid Soltanov |
Qəbələ İK |
|
Ömər Allahverdiyev |
Turan Tovuz PFK |
|
Səbuhi İbrahimli |
Ulduz FA |
|
Yusif Əlizadə |
Ulduz FA |
|
Həsən Ramazanov |
Sabah FK |
|
Murad Məmmədzadə |
Sabah FK |
|
Nihad Bəylərli |
Ulduz FA |
|
Əli Hacıyev |
Sabah FK |
|
Həsən Müşfiqzadə |
Qarabağ FK |
|
Ramil İsmayıllı |
Karvan FK |
|
Maksim Adamov |
Neftçi PFK |
|
Amin Tağıyev |
Qarabağ FK |
