Azərbaycan millisinin sabiq baş məşqçisi bu klubla anlaşdı - FOTO

12:18 - 8 Sentyabr 2026

Futzal üzrə Azərbaycan milli komandasının və "Araz-Naxçıvan"ın keçmiş baş məşqçisi Joze Alesio karyerasını BƏƏ-də davam edəcək.

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis "Xor Fakkan" klubunda işləyəcək.

Artıq tərəflər arasında bir illik müqavilə imzalanıb.

Alesio "Araz-Naxçıvan"la Çempionlar Liqasında 3-cü, Azərbaycan millisi ilə isə Avropa çempionatında 4-cü yeri tutub.

Xəbər xətti