Kriştiano Ronaldo “Əl-Nəsr”lə “Əbha” arasında keçirilən matçda hesabı açıb.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda hazırda da davam edən oyunun 22-ci dəqiqəsində hücumçu Anjelo Qabrielin künc zərbəsindən etdiyi asisti başla tamamlayıb.
Bu, portuqaliyalı futbolçunun karyerasında 979-cu qoludur. Ronaldo klub səviyyəsində 833, milli komandanın heyətində isə 146 qol vurub. Əlavə edək ki, bu qolla ulduz futbolçu yeni mövsümdə komandası ilə 5-ci matçda 3-cü dəfə fəqlənib.
saytlarin hazirlanmasi
