Tanınmış hücumçu İngiltərə klubunda

13:48 - 9 Sentyabr 2026

Qana milli komandasının hücumçusu Cordan Ayyu karyerasını yenidən İngiltərədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, təcrübəli forvard “Şeffild Yunayted”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Çempionşip təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

34 yaşlı hücumçu “Marsel”, “Soşo”, “Loryen”, “Aston Villa”, “Suonsi”, “Kristal Pelas” və “Lester” klublarının formasını geyinib.

Xəbər xətti