Portuqaliya klubunun forvardı "Sabah"a keçdi

10:33 - 9 Sentyabr 2026

"Sabah" heyətinə daha bir futbolçu qatıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Karlos Eduardo ilə güclənib.

Braziliyalı hücumçu Portuqaliyanın "Jil Visente" klubundan 1 illik icarəyə götürülüb.

İcarə müqaviləsində "bayquşlar"ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

O, karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felgeyraş"da (2024–2025) forma geyinib.

Xəbər xətti