"Fiorentina" əməkdaşlığın dayandırılmasına səbəb olan münaqisədən sonra keçmiş baş məşqçi Fabio Qrossoya qarşı intizam sanksiyaları tətbiq etmək imkanını nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi əvvəlcə italiyalı mütəxəssisi vəzifəsində ən azı çempionatdakı milli fasiləyə qədər saxlamağı planlaşdırıb. Lakin Qrossonun idman direktoru Fabio Paratici ilə söhbətindən sonra vəziyyət gərginləşib.
Baş məşqçi komandanın heyəti və zəruri qarşılıqlı anlaşmanın olmaması səbəbindən işi davam etdirmək imkanına şübhə ilə yanaşdığını bildirib. Qrosso, həmçinin könüllü istefa ərizəsi təqdim etməsə də, bazar ertəsi günü məşqə gəlməyə biləcəyini deyil.
"Fiorentina" mütəxəssisin hərəkətlərinin müqavilə öhdəliklərinin və ya klubun daxili qaydalarının pozulması kimi qiymətləndirilə biləcəyini araşdırır. Florensiya təmsilçisi intizam əsasında işdən çıxarılma təqdirində, müqavilənin vaxtından əvvəl ləğvi üçün kompensasiya ödəməkdən yayınmağa çalışır.
Xatırladaq ki, məşqçi dəyişikliyindən sonra "Fiorentina"nı Paolo Vanoli çalışdırır. Komanda hazırda A Seriyasının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb və ilk üç matçda üç məğlubiyyət alıb.
saytlarin hazirlanmasi
