Kürasao Futbol Federasiyası milli komandanın baş məşqçisi Dik Advokatla bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssisin başa çatan müqaviləsinin müddəti artırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
78 yaşlı məşqçi ilə 2027-ci ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Dik Advokat 2024-cü ilin yanvarında Kürasao yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında ilk dəfə dünya çempionatınaa vəsiqə qazanıb və DÇ-2026-da iştirak edib.
saytlarin hazirlanmasi
