"Sabah"ın U-19 komandası "Mançester Yunayted" səfərində

10:16 - 10 Sentyabr 2026

Bu gün "Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.

Sportal.az xəbər verir ki, təmsilçimiz Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.

Mançester şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

Xatırladaq ki, komandamız əsas raundda 6 oyun keçirəcək.

Növbəti turlarda rəqiblərimiz ardıcıl qaydada "Slaviya" (Çexiya), "Borussiya" Dortmund (Almaniya), "Vikinq" (Norveç), "Barselona" və "Vilyarreal" (hər ikisi İspaniya) olacaq.

Xəbər xətti