Nigeriyalı forvard "Neftçi"yə görə bu klublardan imtina etdi

13:17 - 10 Sentyabr 2026

"Neftçi"nin yeni transferi Adeleke Akinyemi Azərbaycana gələmək üçün digər təklifləri geri çevirib.

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu Çexiya və Türkiyə klublarının dəvətini dəyərləndirmək istəməyib.

Belə ki, ona “DAK Dunayska Streda” və “Sivasspor” klublarından təklif gəlib. Lakin Akinyemi “Neftçi”də oynamaq istədiyi üçün həmin klublara “yox” deyib.

Nigeriyalı forvard 2028-ci il iyunun 30-na qədər “Neftçi”yə məxsus olacaq.

O, “Skenderbeu”, “Renova”, “Ventspils”, “Start”, “Karvina”, “İlveş” kimi klublarda oynayıb.
 

Xəbər xətti