Futbol üzrə Azərbaycan I Liqasında II turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Səbail" Binə qəsəbə stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Səbail" 2 turdan sonra 4 xal toplayıb. "Mingəçevir"in aktivində isə 1 xal var.
"Səbail" - "Mingəçevir" 2:1
Qollar: Y.De Vaskonselos, 11, A.Ağazadə, 28 - S.Oqunmola, 61
