"Barselona" futbolçusu Lamin Yamal Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun "Feyenoord"la matçında cərimə zərbəsindən fərqlənib.
Sportal.az xəbər verir ki, ispaniyalı vinger ikinci hissənin sonlarında Niderland təmsilçisinin qapısına yol tapıb.
"Opta" analitik portalının məlumatına görə, 19 yaşlı futbolçu "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülərin nailiyyətini üstələyib. Yamal İspaniya klubları tarixində Çempionlar Liqasında birbaşa cərimə zərbəsindən qol vuran ən gənc oyunçu olub.
Xatırladaq ki, Hansi Flikin yetirmələri "Feyenoord" üzərində 5:1 hesablı qələbə qazanıblar. "Barselona" turnirin 2-ci turunda "Qalatasaray"ın qonağı olacaq.
saytlarin hazirlanmasi
