"Krasnodar"ın baş məşqçisi Murad Musayev iyul və avqust ayları üçün Rusiya Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Sportal.az xəbər verir ki, RPL mütəxəssisləri yekdilliklə Musayevi həmin iki ayın ən yaxşısı seçiblər.
“Sabah”ın sabiq çalışdırıcısı səsvermədə həmkarlarını böyük üstünlüklə qabaqlayıb.
42 yaşlı mütəxəssis 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub.
2024-cü ildən isə “Krasnodar”a rəhbərlik edir.
