"Arsenal" "Komo"nun yarımmüdafiəçisi Nikolas Pası heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayııb.
Premyer Liqa nəhəngi argentinalı futbolçunun transferi ilə bağlı rəsmi təklifi 2027-ci ilin yanvarında irəli sürə bilərlər.
Pas 2024-cü ildə "Real"dan "Komo"ya keçdikdən sonra A Seriyasının ən diqqətçəkən gənc oyunçularından birinə çevrilib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 35 matç keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. O,cari mövsümdə də isə 4 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun keçmiş klubu "Real" vəziyyətə nəzarət imkanını qoruyub saxlayıb. İyun ayında "Komo" Pasın hüquqlarının 60 milyon avroya alıb. Lakin Madrid klub 2027-ci ilin yayında aktivləşdirilə bilən 80 milyon avro məbləğində geri almaq imkanını özündə saxlayıb.
saytlarin hazirlanmasi
