"Fənərbaxça"nın baş məşqçisi qərarını dəyişdi - komandada qalır

22:18 - 11 Sentyabr 2026

İsmail Kartal “Fənərbaxça”nın baş məşqçisi vəzifəsində qalıb.

Sportal.az xəbər verir ki, klubun açıqlamasında belə qeyd olunub:

“Baş məşqçimiz İsmail Kartal vəzifəsində qalır. Komanda sabah saat 11:30-da “Qaziantep”lə keçirəcəyi matça hazırlığını davam etdirəcək. Məşq İsmail Kartalın rəhbərliyi altında keçiriləcək”.

Xatırladaq ki, 65 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə oyundan (1:1) sonra istefa verdiyini açıqlamışdı. Klubun prezidenti Əziz Yıldırım isə baş məşqçinin istefasını qəbul etmədiyini bildirmişdi.

Türkiyə Super Liqasında “Fənərbaxça” hazırda 4 oyundan 6 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti