Brozoviçin yeni klubu bəlli oldu

13:10 - 14 Sentyabr 2026

Marselo Brozoviç rəsmi olaraq Qətərin "Əl-Sədd" klubuna qoşulub.

Sportal.az xəbər verir ki, tərəflər 2027-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə bağlayıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

​Xorvatiyalı futbolçu yeni klubuna azad agent kimi keçib. Onun əvvəlki komandası 2023-cü ildən bəri çıxış etdiyi "Əl-Nəsr" olub. 33 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə 40 matç keçirib, 1 qolla yadda qalıb və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti