“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinez “qırmızı şeytanlar”la “Mançester Siti” arasındakı matçda (0:1) Erlinq Haalandın qolunu Maykl Oliverin hesaba almamalı olduğunu düşünür.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu öz açıqlamasında bunları qeyd edib:
“Düşünürəm ki, Enzo Fernandes ofsaydda idi. Qaydaları başa düşə bilmirəm. O, orada idi! Mən ona tərəf getdim, çünki o, qarşımda idi. Məhz buna görə Haaland arxada boş qaldı.
Sakitliyimi qorumaq istəyirəm, amma bu, çox çətindir. Hər mövsüm hakimlər klubumuza gəlib qaydaları bir saat ərzində izah edirlər və bunu edərkən özlərinə çox əmin görünürlər. Sonra isə Premyer Liqada onlardan beşi və ya altısı belə səhvlərə yol verir. Bu, qəbuledilməzdir. Biz bu ədalətsizliklə evə qayıtmalı oluruq”.
saytlarin hazirlanmasi
