Fransa millisinin sabiq forvardı Kərim Benzema böyük ehtimalla Türkiyə klublarına keçməyəcək.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “Fənərbaxça”, “Trabzonspor”, “Beşiktaş” klublarından təklif alan 38 yaşlı hücumçu Almaniyada oynamaq niyyətindədir.
O, “Bayer”dən (Leverkuzen) gələn təklifi dəyərləndirəcək. “Real”, “Əl-Şabab”, “Nyukasl”ın da transfer siyahısında yer alan Benzema Leverkuzen klubuna keçidə üstünlük verib.
Təcrübəli hücumçu “Lion”, “Real”, “Əl-İttihad”, “Əl-Hilal”da çıxış edib.
