"Barselona"da ən çox qazanan futbolçu olacaq

21:18 - 14 Sentyabr 2026

"Barselona" kapitan Rafinyanın müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Braziliyalı vingerin klubla mövcud sözləşməsi 2028-ci ilin yayında başa çatır. Tərəflər anlaşmanı daha 1 il artırmağı planlaşdırırlar.

Yeni müqavilə ilə Rafinyanın illik maaşı 27 milyon avro olacaq. Bu, 29 yaşlı futbolçunu klubda ən çox qazanan oyunçu edəcək.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 

Xəbər xətti