"Tottenhem"dən ayrıldıqdan sonra klubsuz olan İv Bissuma karyerasını Niderlandda davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Malili yarımmüdafiəçi "Ayaks"la anlaşıb. 30 yaşlı futbolçu Amsterdam klubu ilə 2027-ci ilin 30 iyun tarixinəkimi nəzərdə tutulan müqavilə imzalayacaq. Tərəflər istəsələr, təcrübəli dayaq yarımmüdafiəçisinin sözləşməsi daha 1 il uzadıla bilər.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan 29 milyon avroya transfer etmişdi. Mali millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
