"Mançester Yunayted"in 15 yaşlı hücumçusu "Real" və "Barselona"nın hədəfində

22:06 - 15 Sentyabr 2026

Perspektivli 15 yaşlı hücumçu Cey-Cey Qabriel “Mançester Yunayted”dən ayrılmaq istəyir.

Sportal.az "Daily Mail-ə istinadən xəbər verir ki, futbolçunun yaxınları onun mövsümöncəsi hazırlıq zamanı demək olar ki, oyun vaxtı almamasından və indiyədək əsas komandada rəsmi matçda debüt etməsinə imkan verilməməsindən narazıdır. Qabrielin Liqa Kubokunda “Brayton”la oyunun iştirak ərizəsinə daxil ediləcəyi gözlənilirdi, lakin görünür, bu, artıq baş verməyəcək.

Cey-Ceylə iki İspaniya nəhəngi  “Barselona” və “Real” maraqlanır. İngiltərənin aparıcı komandaları da hücumçunu transfer etmək istəyir. Lakin onların fikrincə, böyük ehtimalla mübarizə kataloniyalılarla madridlilər arasında gedəcək.

Qabrielin İrlandiya pasportu olduğu üçün o, 16 yaşında artıq Avropa klubuna keçmək hüququna malikdir. İngiltərə vətəndaşları üçün isə bu yaş həddi 18-dir. Belə transfer baş tutacağı təqdirdə “qırmızı şeytanlar" cəmi 300 min funt-sterlinq civarında təzminat əldə edəcək.

Qeyd edək ki, “Mançester Yunayted” hücumçu ilə mövsümün sonunadək qüvvədə olan müqaviləni ləğv etmək niyyətində deyil.

Xəbər xətti