"Neftçi"yə qol vuran müdafiəçi: "İstədiyimiz nəticəyə çata bilmədik"

10:22 - 16 Sentyabr 2026

"Neftçi"yə qarşı yaxşı oyuna yaxşı başlamadıq. Görüşün əvvəlində səhvlərimiz oldu. "Neftçi" də bunlardan istifadə edərək hesabda önə keçdi. İki qol vurmuşdular. Lakin biz hesaba baxmayaraq, sonradan toparlanmağı bacardıq. Ancaq istədiyimiz nəticəyə çata bilmədik. Təəssüf ki, belə alındı”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “İmişli”nin müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

O, komandasının hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşmasına da münasibət bildirib:

“İndiki vəziyyətdə turnir cədvəli o qədər də önəm kəsb etmir. Hələ çempionat yeni başlayıb və mövqelər aldadıcı ola bilər. Məqsədimiz hər oyun özümüzü daha da yaxşılaşdırmaq və qələbələr qazanmaqdır. Zamanla daha yaxşı olacağımıza inanıram”.
 

Xəbər xətti