“Qarabağ”ın müdafiəçisi Bençe Varkonyi Macarıstan milli komandasına dəvət edilib.
Sportal.az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi Millətlər Liqasının F qrupunda Ukrayna (25 sentyabr və 5 oktyabr), Şimali İrlandiya (28 sentyabr) və Gürcüstan (2 oktyabr) yığmaları ilə görüşlərdə meydana çıxa bilər.
Macarıstan millisinin baş məşqçisi Marko Rossi yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında Varkonyinin ilk dəfə milliyə dəvət edilməsinə bu cür şərh verib:
“Biz Varkonyini əvvəlki klubu olan “Zalaegerzeg”də oynadığı günlərdən bəri izləyirik. İndi isə o, "Qarabağ"da müntəzəm olaraq hər matçda 90 dəqiqə oynayır”.
saytlarin hazirlanmasi
