"Azərbaycana köçmək böyük dəyişiklik idi, amma bunu etdiyim üçün şadam" - "Qarabağ"ın müdafiəçisi

13:47 - 16 Sentyabr 2026

“Qarabağ”ın müdafiəçisi Bençe Varkonyi Macarıstan milli komandasına dəvəti ilə bağlı fikirlərini bildirib.

Sportal.az “m4sport”a istinadən xəbər verir ki, macar futbolçu yığma komandada debüt imkanı əldə etdiyi üçün xoşbəxt olduğunu deyib:

"Əlbəttə ki, xaricə, xüsusən də Azərbaycana köçmək böyük bir dəyişiklik idi, amma bunu etdiyim və bu fürsəti əldə etdiyim üçün şadam. Komanda lap əvvəldən mənə etibar etdi. Təəssüf ki, bu il avrokubokun əsas mərhələsinə vəsiqə qazana bilmədik. Ancaq yenə də vacib təcrübə qazana bildim. Düşünürəm ki, oyunlar olduqca yaxşı keçdi və buna görə də komandada qaldım. Düşünürəm ki, istənilən idman növü ilə məşğul olmağa başlayan hər kəs sonda milli komandaya düşməyi hədəfləyir. Bu da xoşbəxtlikdir. Aşağı yaş qruplarından ibarət yığma komandalarda oynamaq şansım olmayıb. Amma bu həm də göstərir ki, mütləq 15 və ya 16 yaşında orada oynamaq məcburiyyətində deyilsən. Hər kəsin öz yolu var və düşünürəm ki, bu, mənim yolumdur".

Xəbər xətti